Uşaqlarda obsesif kompulsif pozuntular
Araşdırmalar təsirlənmiş uşaqların yaxınlarının ümumi əhali ilə müqayisədə OKP və Tik xəstəliyinə yaxalanma ehtimalını artırır. Uşaqda qayğı, hüzursuzluq və ya iyrənmə duyğusu yaradan, qeyri-ixtiyari və təkrarlanan düşüncələr, görüntülər və hərəkətlər olaraq xarakterizə edilir. Məsələn, çirkli olduğunu düşündüyü bir yerə əli ilə toxunan uşağın bunun qarşısında hiss etdiyi iyrənmə duyğusunu yox etmək üçün dəfələrlə əlini yuması kompulsif davranışdır. Bu düşüncə və qayğılar uşaqlarda iç sıxıntısına səbəb ola bilər.Məsələn, uşaqda nəsə pis hadisə baş verəcəyinə, qardaşına yaxud bacısına bədbəxt hadisə üz verəcəyinə dair düşüncələr əmələ gəlməyə başlayar. Uşaq isə bəzi davranışlarla bunu təsirsizləşdirməyə yaxud düşüncəsini əngəlləməyə çalışar. Belə xəstələr nə hiss edirlər? “Hər şey murdardır, hər şey çirklidir”, ya da “Hər şeydən mikrob mənə keçə bilər”.Əllərini davamlı yuyurlar, bir yuyurlar sonra ağlına belə bir düşüncə gəlir “Yox, deyəsən yaxşı yumadım”, ya da “Su harasa sıçradı”, gedib o yeri bir də yuyurlar. Gündə 2, 3 sabun qurtaranlar var və yaxud da litr-litr spirt qurtaranlar var təmizliklə bağlı.Bir çox halda əlin üzərində o qədər yuyurlar ki, ağ ləkələr əmələ gəlir. Çox vaxt da dəri həkimləri bu xəstələri bizə göndərirlər. Çünki bunu bir xarakter olaraq bilirik, bu xəstə təmizkardır. Buradakı “obsessiya” əlin təmiz olmadığı düşüncəsidir, “kompulsiya” gedib onu yumaqdır, “pozuntu” da bu həddindən artıq çox olursa və 5-6 saat hamamda keçirirsə, adam bu artıq pozuntudur. Çünki bu ailəyə, işə, ünsiyyətə təsir göstərir. “Deyəsən, qapını bağlamadım?” Başqa bir misal: “Qapı bağlıdır, bağlı deyilmi?” Yoldan qayıdıb, gəlib baxmaq kimi və yaxud da indi daha rahat üsul tapıblar – şəkil çəkmək kimi. “Qapını bağladım/bağlamadım?” yoxlayıb onun videosunu çəkib qoyurlar ki, ağıllarına gələndə ona baxsınlar. Yoxlama, kontrol obsessiyalardır. “İşığı söndürdümmü, söndürmədimmi? Ütünü çıxartdımmı, çaxartmadımmı? Qazı söndürdümmü, söndürmədimmi?” Hətta qazın açarlarının eyni xətt üzrə olmağını görürlər, o belə bəs etmir! Yandırırlar, bir daha söndürürlər ki, “Aha, söndürüm, artıq istilik yoxdur” kimi.
Yayılması:
● Uşaqlar və yeniyetmələr arasında verilmiş nümunədən və yaş qrupundan asılı olaraq 0.3-3% olduğu aşkar edilmişdir.
- Digər xüsusi diqqət çəkən davranış olmadan ritualistik davranış, yetkinlik yaşına çatmamışdan əvvəl uşaqlıq dövründə görülməyi çox vaxt normaldır.
● Cavan yaş qruplarında pozğunluq oğlanlarda daha çox olur.Lakin yetkinlik yaşına çatdıqca cinslər arasındakı fərq yox olmağa başlayır.
● 3--50% OKP halları uşaqlıq yaşlarından başlayır.
● Obsesif-Kompulsif pozğunluğun xroniki hala keçmə meylliliyi vardır.
● Gecikmiş psixiatrik müayinə və müalicə verilən proqnoza mənfi təsir göstərəcəyi düşünülür. Ona görə də erkən müdaxilə tövsiyə olunur.
Etiologiyası:
● OKP-nin etiologiyası və patogenezi hələlik dəqiq bilinməsə də həm bioloji həm də psixososial faktorların çox yönlü təsir göstərdiyi düşünülür. Hal-hazırda neyro-bioloji modellərə üstünlük verilir.
● Genetik faktorlar OKP-nin erkən başlanmasında əsas etioloji səbəb olduğu düşünülür. Bu pozuntu tez-tez tik xəstəliyi ilə əlaqələndirilir və bu pozuntuların hər ikisi ümumi əhaliyə nisbətən yaxın ailə üzvləri arasında daha sıx görülür.
● Fronto-temporal və eləcə də bazal nüvələrdə və talamusda normal funksiyanın pozulması ilə əlaqələndirilir.
● Neyrotransmitterlərin (məsələn, serotonin, dopamin və qlutamatın) tənzimlənməsindəki anormallıqlar da OKP-nin patogenezi ilə əlaqəlidir.
● Psixoloji nəzəriyyələrə görə OKP depresiya ilə əlaqələndirilir və OKP olan şəxslərin supereqosu əsassız dərəcədə ağır və məhdudlaşdırıcı olduğu hesab olunur.
● OKP ailəyə az təsirini göstərir və habelə özü də bu təsirdən yarana bilir. OKP-dən əziyyət çəkən şəxslərdə mükəmməlliyətçiliyin izlərinə çox sıx rast gəlinir.
Simptomlar:
● Pozuntu özünü təkrarlanması kimi göstərir:
● kompulsif düşüncələr və obsesiyalar
● məcburi davranışlar
● Tipik kompulsif düşüncələrə müxtəlif təkrarlanan düşüncələr, həvəs və fantaziyalar daxildir. Tipik kompulsif davranışlara isə əllərin dayanmadan yuyulması, müxtəlif işlərin yerinə yetirilməsinin təkrar-təkrar yoxlanılması,elektrik avadanlıqlarının söndürüldüyünü və yaxud qapının bağlı olub-olmamasını yoxlamaq aiddir. Uşaqlarda yatağa getmək, oyanıb paltarlarını geyinmək və yenidən məktəbə getmək kimi ritualistik davranışlar da kompulsiv davranışlarla sıx əlaqəlidir.
● Simptomlar həddən artıq vaxt aparır, stresə səbəb olur, və sosial, akademik, eləcə də peşəkar funksionallığa mənfi təsir göstərir.
● Şəxslər müəyyən nöqtədən sonra obsesiyalarının və kompulsif davranışlarının səbəbsiz yerə əmələ gəldiyinin fərqinə varırlar.Buna baxmayaraq balaca uşaqlarda dərrakənin yetəri qədər inkişaf etməməsi ilə bu cür özünü-tənqid olmaya bilər.
● Tədqiqatlar OKP-dən əziyyət çəkən şəxslərdə beyindəki icraedici, yaddaş və vizyospatial nahiyələrin funksiyalarının zədələndiyini göstərir.
● OKP-nin uşaqlıqda başlanması tik xəstəliyi, Turett sindromu, ağır depresiya, həyəcan və davranış pozuntuları kimi digər fərqli psixiatrik xəstəliklərlə də tez-tez əlaqələndirilir.
● Bəzi araşdırmalara görə beta-hemolitik streptokokkal infeksiyalar bəzi uşaqlarda güclü obsesif simptomlara səbəb ola bilər( SUANP Streptokokkla əlaqələndirilən uşaq autoimmun neyropsixiatrik xəstəliyi).
● Erkən diaqnoz və müalicənin başlanması xəstəliyin yaxşı proqnozu üçün əsas hesab olunur.
●Kirlənmə obssesiyası təmizləmə kompulisyası:
Şəxs ona müxtəlif mikroblara yoluxduğunu, çirkləndiyini, müxtəlif kimyəvi maddələrin (sabun, yuyucu toz), yağların, bədən mayelərinin (tüpürcək, sidik, nəcis) ona toxunduqunu düşünür.Onlar bu düşüncələrə görə saatlarla əllərini yuyur, hamamadan gec çıxırlar, ətrafı spirt və ya dezinfeksiya edici maddələrlə təmizləyir, paltarlarını tez tez dəyişirlər.
●Simmetrik, toxunma və sayma obssesiyaları:
Bu vəziyyətdə şəxsdə müxtəlif əşyalaraı, cisimləri bir birinə paralel qoymağa, müəyyən sayda toxunmağa (məsələn 3 dəfə bura toxundumsa 3 dəfə də əlavə toxunmalıyam), binaların evlərin mərtəbəsini saymağa və ya müxtəlif rəqəmləri cüt və ya tək rəqəmə yuvraqlaşdırmağa şalışırlar və bir çox insan düşünür ki, bunu etməsəm hər hansı pis hadisə ola bilər, doğmalarıma başına pis nələrsə gələ bilər.
● Cinsi məzmunlu obssesiyalar:
Şəxs öz əxlaqına, tərbiyyəsinə həyat baxışlarına zidd olaraq beyinindən yaxınları doğmalarına qarşı cinsi məzmunlu fikirlər gəlir və ya tanımadıqı adamlarla bağlı cinsi məzmunlu xəyallar qurur.
Əlaqəli görülə biləcək takıntılar:
●kirlənmə
●din
●Simmetriya
●Cinsi
●Toplama/saxlama
●Aqressivlik
●Təmizlik
●Təkrarlanan davranışlar
●Kontrol etmə
●Əşyaları saymaq
●Sıralamaq, düzəltmək
Müalicəsi:
● Müalicə psixoloji maarifləndirməyə və psixososial stresin mümkün qədər azalmasına əsaslanır.
● Koqnitiv davranış terapiyası (KDT) hal hazırda ən təsirli psixoterapiya yanaşması hesab olunur. Uşaqlarda yüngül və orta dərəcədə OKP-lərdə birinci dərəcəli müalicə kimi tövsiyə olunur.
● Serotonergik aktivliyi olan dərmanların təsirli olduğu müşahidə olunur. Bununla bərabər, bu dərmanların uşaqlarda istifadəsi üçün rəsmi icazənin olmadığını nəzərə almaq lazımdır.
● Əvvəllər Klomipramin tez-tez istifadə olunan bir dərman növüydü, lakin hal-hazırda əmələ gətirdiyi yan təsirlərə görə birincili olaraq təyin olunması tövsiyə olunmur.
● Serotonini seçici tutma inhibitorlarının da Klomipramindən daha az yan təsiri olaraq effektivlik göstərdiyi sübut olunmuşdur. Klinikada müşahidə olunan simptomların azalmasını yalnız 6-10 həftədən sonra müşahidə etmək mümkündür və serotoninlə müalicə olunan digər xəstəliklərdən daha çox doza tələb edir. Əgər simptomlara tiklər də daxildirsə dərmanın reaksiyası daha zəif ola bilər.
● Bəzi xəstələrə daha uzun müddətli dərman qəbulu lazım olur
● Hal-hazırda KDT-nin və farmakoloji terapiyanın birgə tətbiqi tövsiyə olunandır. Bu müalicə üsullarının birləşməsinin daha çox yaxşılaşmağa və daha az
● residivləşməsinə səbəb olduğu güman olunur.
● OKP-dən əziyyət çəkən uşaqlar bir çox hallarda asanlıqla ailələrini də bu pozunun içinə çəkdiklərinə görə onların ailələri ilə də işləmək vacibdir.
● Xəstəliyin gedişatı dəyişkəndir. Və simptomların təkrarlanması tez tez baş verir.