Thumbnail

“9 temperament modeli”nin xüsusiyyətləri

Əsas temperament tipi qanad təsiri

 


Hər bir uşaqda doqquz fərqli temperament tipindən biri daha güclü və dominantdır. Uşaqda dominant olan bu temperament tipinə onun əsas temperament tipi deyilir.

Temperament tipləri rəqəmlərlə işarələnmişdir. Bu rəqəmlər sadəcə işarədir, başqa bir məna ifadə etmir. Rəqəmlər yaxşı və ya pis mənada heç bir şeyin göstəricisi deyil.

9 temperament modelinə görə, bütün uşaqlarda əsas temperament tipi ilə yanaşı, başqa bir temperament tipi- nin də ikinci dərəcəli təsiri vardır. Əsas tiplə müqayisədə daha az dərəcədə özünü göstərən bu ikinci dərəcəli tem- perament tipinə həmin şəxsin qanad, yaxud köməkçi temperamentideyilir. Bu qanad təsiri bəzən zəif, bəzən isə güclü olur. Əgər güclü bir qanad təsiri varsa, mütləq nəzərə alınmalıdır. Qanad tipi əsas temperament tipinə təsir edərək öz xüsusiyyətlərini onda müəyyən qədər əks etdirir. Bu vəziyyəti bir az süd əlavə olunmuş qəhvəyə və yaxud bir neçə damcı limon suyu sıxılmış çaya bənzətmək olar. Əsas maddə (temperament) qəhvə və ya çaydır, əlavə maddə (qanad temperament) isə süd və limondur.

Temperament tipləri yuxarıda dairədəki ardıcıllıqla göstərildikdə qanad temperament əsas temperamentin sağ, yaxud sol tərəfindəki “temperament / rəqəm” olur. Məsələn, “tip 3”ün qanadları “3”ün yanlarında yerləşən “tip 2” və “tip 4”dür. “Tip 8”in qanadları isə “tip 7” və “tip 9”dur.

Hər bir uşağın bir əsas temperamenti və bir də ikinci dərəcə- li, yəni qanad temperamenti var. Qanad temperamenti əsas temperament tipinin sağındakı və solundakı temperament tipidir.

Qanad temperament əsas temperament tipinə müəyyən dərəcədə təsir edir.

Məsələn, “tip 7” bir uşaq “tip 6”nın təsirinə məruz qal- dıqda daha tədbirli və təmkinli olur, çevrəsinin fikrinə qismən də olsa, önəm verir. Əksinə, “tip 8”in qanad təsi- rinə məruz qalan “tip 7” bir uşaq daha cəsur, təşəbbüskar, liderliyə meyilli, qarşıdurmadan çəkinməyən, çox aktiv, qətiyyətli və mübariz olur.

“Tip 2”nin qanad təsirinə məruz qalan “tip 1”lər daha təşəbbüskar olur, daha istiqanlı və emosional reaksiyalar verir, çevrəsi ilə daha həssas və xeyirxah davranır. Yaxın münasibətlərində funksional və məntiqli davranmaqla yanaşı, emosional ünsiyyətə də ehtiyac duyurlar. Bunun əksinə, “tip 9”un təsirinə məruz qalan “tip 1” uşaqlar daha soyuqqanlı, sakit və təmkinli olub ani reaksiya verməməyə, nəzarəti əldə saxlayıb emosionallıqdan uzaq durmağa ça- lışırlar.