Enneagram, siyasətdən ünsiyyətə, ilahiyyatdan reklamlara, insan resurslarından ssenariyə, satışdan məhkəmə təcrübələrinə, psixoloji tədqiqatlardan aktyorluq seçiminə, uşaq təhsilindən ailə məsləhətinə qədər geniş şəkildə istifadə olunur.
Enneagram, dünyanın məşhur universitetlərindən olan Stanford Universiteti M.B.A. və Harvard Universiteti Hüquq fakültəsində tədris edilməkdədir. Başda ABŞ olmaqla, dünyanın bir çox universitetinin biznes, psixologiya, tibb və təhsil şöbələrində tədris olunur. Əpl (apple), Motorola, Quql (google) və bir çox şirkətlərin kadr seçimində və marketinq sahəsində dünyanın ən qabaqcıl şirkətləri enneagram metodunu istifadə edir. Mübahisələrin idarə edilməsində, enneagram şirkətlər tərəfində nuğurlu bir metod kimi istifadə edilən əsas qaynaqdır.
Enneagram, kifayət qədər müşahidə və təhlil edildiyi zaman effektiv və praktik olan, hərtərəfli və dərin bir metodologiyadır. İş həyatında fərdlərin özlərini daha yaxşı tanıması, problemləri və qaynağını müəyyənləşdirməsi, problemləri öncədən müəyyən etmək və zəruri hallarda həll yollarıüçün “ortaq bir nöqtə və perspektiv” tapmasına imkan verir.
İnsanlara (insan resursları, komanda rəhbərləri, idarəçilər) problemləri müəyyən etməyə və həll etməyə kömək edir. Müxtəlif insanların rəhbərliyində məsul şəxslərin məlumatlılığını artırmaqla onları daha münasib bir yanaşma əldə etməyə imkan verir. Hər növ Enneagram fərqini nəzərə alaraq motivasiya və iş proseslərində qarşılaşdıqları problemlərin həllinə kömək edir.
* Risk və məhdudiyyətlərimizdən xəbərdar olmaq
* Müxtəlif temperament növlərindəkiinsanları başa düşmək və impatiya qurmaq
* İnsan əlaqələrinin dinamikasını qavramaq
* Əlaqə və ünsiyyət bacarıqlarımızı inkişaf etdirmək
* Motivasiya və performansımızı artırmaq
* Risklərimizi azaltmaq və idarə etmək
imkanı təmin edir.