Thumbnail

9 temperament modelinə dair maraqlı məqamlar

Bu temperament modeli insanları qəlibə salmaq və etiketləmək mənasına gəlmir?

Xeyr. Bir şeyə ad vermək onu etiketləmək deyildir. Bu sistem nə etiketləmək, nə də insanları dəyişməz bir qəlibə salmaq deməkdir.

Canlılar bioloji xüsusiyyətlərinə görə onurğalı, onurğasız və ya təkhüceyrəlilər, çoxhüceyrəlilər şəklində təsnif edildiyi kimi, enneaqramda da insanlar temperament xüsusiyyətlərinə görə qruplaşdırılır. Bu təsnifat etiketləmək deyil, mövcud vəziyyəti, gerçək cəhətləri qruplaşdırıb ad- landırmaqdır. Bu modelə əsasən, insan temperamenti 9 fərqli tipdə olur.

Əslində, enneaqram modeli var olan bir həqiqəti təsvir etməyə çalışmaqdır. Bu təsvir ixtiyari və süni etiketləmək deyil, mövcud həqiqəti müəyyən etmək cəhdi kimi qiy- mətləndirilməlidir. Xülasə, bir şeyin “ümumi xüsusiyyət, imkan və bacarıqlarını” təsvir etmək və adlandırmaq onu etiketləmək sayılmırsa, bu temperament modelləri də xa- rakter xüsusiyyətlərini etiketləmək və qəlibə salmaq hesab olunmamalıdır.

Bu model ilk dəfə kim tərəfindən meydana çıxarılmışdır?

Bu model elmi araşdırmaların mövzusu olub?

       Bu model tarix boyu həm şərqdə, həm qərbdə məlum olan fəlsəfə, psixologiya və əxlaq nəzəriyyələrinə əsaslanır. Bu sistemin əsasını istər islam, istər qədim yunan fəlsəfə- sində (Aristotel), istərsə də Şərq mədəniyyətlərində möv- cud olan üç mərkəz təşkil edir. Bunlar fəaliyyət mərkəzi, duyğu mərkəzi və düşüncə mərkəzi kimi tanınır.

   Bəşər tarixi boyu qismən şifahi, qismən də yazılı şə- kildə bu günə kimi gəlib çatan bu model XX əsrin ikinci  yarısında Oskar İçazo (Oscar Ichazo) və psixiatr Klaydiu Naranhonun (Claudio Naranjo) əməyi sayəsində tempera- ment modelinə çevrilmişdir. Min illərin təcrübə və təlimlə- rinə əsaslanan bu model 1960-cı illərdən başlayaraq elmi dairələrin də diqqətini cəlb etmiş, bir çox elmi tədqiqatların mövzusu olmuşdur. Bu temperament tiplərini elmi şəkildə əsaslandırmaq məqsədilə Zinkl (1974), Vaqner və Volker (1983), Koen və Palmir (1988), Rizo və Hudzon (1999) kimi alimlər psixoloji ölçmələr aparıblar. Bu model istər MBTI6, istərsə də “Beş faktor modeli” ilə müqayisəli şəkildə elmi tədqiqatlara cəlb olunmuşdur.

 

 

Bu modeldən Corctaun Universitetinin Tibb Məktəbində, C.F.Kennedi Universitetinin həm pedaqoji kollektivi, həm də tələbələrinin maarifləndirilməsində, Loyola Universitetində fərdi inkişaf sahəsində istifadə olunur.

 
   

 

 

 

Bundan başqa, Kaliforniya Universitetində ünsiyyət bacarıqları, liderlik və tibb istiqamətlərində, Stanford Universitetində şəxsiyyət, özünüdərk və liderlik bacarıqları sahələrində bu model tədris edilir. Eyni zamanda uşaqların təhsilində, evlilik terapiyalarında, peşə və karyera planlamasında, insan resursları və ünsiyyət sahəsində effektiv istifadə olunur.