Uşaqlar bir-birlərindən niyə fərqlənir?
Uşaqların bəziləri qorxu nədir bilmədiyi halda digərləri yenilikləri qorxu və narahatlıqla qarşılamağa meyillidirlər. Bir qismi gördükləri hər şeyi sınamağa can atarkən, digər qismi yeniliklərə daha məsafəli olub vərdişlərini davam etdirməyi üstün tutur. Yenə bəzi uşaqlar çətin vəziyyətlə üzləşdikləri zaman bütün enerji və imkanlarından istifadə edərək həmin çətinliyin öhdəsindən gəlmək istərkən, bəziləri çətinliklər qarşısında geri çəkilməyə və asan olana qaçmağa meyillidirlər. İbtidai sinif və bağçalardakı uşaqları araşdırdıqda uşaqlarda aktivlik, sosiallıq, emosionallıq və başqa mövzularda nəzərə çarpacaq dərəcədə fərqlər görünür. Yenə birdən artıq uşağı olan valideynlər də, bacı-qardaşlar arasında əhəmiyyətli fərqlər müşahidə edir.
Uşaqlar arasındakı bu müxtəlifliyin səbəbi tarix boyu xarakter və şəxsiyyət üzərində aparılan işlərin əsas mövzusu olmuşdur. Aparılan bütün elmi müşahidə və tədqiqatlar uşaqlarda ,demək olar, doğulduqdan bəri müşahidə olan fərqlilikləri meydana çıxarıb.
İnsanların oxşar hallara eyni cür reaksiya verməmələrinə səbəb nədir?
Müşahidə edilən fərqli şəxsi keyfiyyətlərin səbəbləri haqqında müxtəlif nəzəriyyələr meydana çıxmışdır.
Şəxsiyyətin formalaşması və fərqli şəxsi keyfiyyətlər tədqiq edilərkən:
● erkən uşaqlıq təcrübələrini
● cinsiyyəti
● ata-ana rəftarını
● idraki və davranış şərtləri
● uşağın doğulma ardıcıllığını
● bio-fziloloji quruluşu
Vurğulayan nəzəriyyə və modellər irəli sürülmüşdür.