Thumbnail

Temperament tipləri

   Əsas hiss və davranış tərzləri,

   Müsbət keyfiyyətlər və potensial risklər,

   Əsas axtarış və ehtiyacları,

   Tamamlayıcı dəyərlər,

   Məktəb həyatı, oyun və dostluq prosesi,

   Stress səbəbləri,

   Rahatladan amillər,

   Çətinlik və riskləri,

   Dəstək və faydalı məsləhətlər kimi əsas başlıqlar altında araşdırılır.

   Məsələn, almanın portağaldan ümumi bir üstünlüyü yoxdur, lakin hər birinin dadı fərqlidir, tərkibində müxtəlif vitamin və minerallar mövcuddur. Temperament tipləri də məhz bunun kimi, bir-birindən fərqli xüsusiyyətlərə sahibdirlər. Amma biri digərindən daha yaxşı, yaxud pis deyil. Uşağımızın psixoloji özəyinin xüsusiyyətlərinə bələd olduqda, onun imkan və qabiliyyətlərini, çətinlik və risklərini görüb anlayaraq ən münasib formada davrana bilərik.

   Bir almanın çəyirdəyindən portağal çıxmasını gözləmədiyimiz kimi, uşağımızın sahib olduğu temperament tipindən də onun üçün çox çətin olan şeyləri gözləməməliyik.

    Bir nümunə ilə ifadə etmək istərsək: Sizə verilən alma çəyirdəyindən portağal əldə edə bilməzsiniz. Amma, həmin alma çəyirdəyindən sağlam yoxsa qurdlu, çürük, kal bir alma yetişməsi siz- ata-anaların rəftarından və ətraf-mühitdən asılıdır.  Uşağının xarakterindəki müsbət xüsusiyyətləri və potensialını müəyyənləşdirib başa düşərək onun şəxsiyyətinin sağlam inkişafı istiqamətində çalışmaq bütün valideynlərin vəzifəsidir. Valideynlər uşağın xarakterini öyrəndikdən sonra öz şəxsiyyətləri ilə uşaqlarınınkı arasında mövcud olan uyğun və uyğun olmayan məqamları müəyyənləşdirməlidirlər. Ata-ananın həm özləri, həm də uşaqları üçün bu düşüncəli davranışı problemlərin həllində və təhsilin inkişafa xidmət etməsində ən önəmli faktor olacaq.

   Son sözü Xəlil Cibrana verək: "Uşaqlar sizin uşaqlarınız yox, öz yolunu izləyən həyatın oğul və qızlarıdır. Sizin vasitənizlə gəlsələr də, sizdən gəlməyiblər. Və sizinlə birlikdə olsalar da, sizin deyillər. Onlara sevginizi verə bilsəniz də, düşüncələrinizi verə bilməzsiniz. Çünki onların da öz düşüncələri var. Siz onlar kimi olmağa cəhd edə bilərsiniz, amma onları əsla özünüz kimi olmağa məcbur etməyin.

  Uşaqlara ediləcək ən böyük yaxşılıq nə istədiklərini tapıb onu tövsiyə etməkdir.