Thumbnail

TEMPERAMENT TİPİNİZİ MÜƏYYƏN EDİN

    Enneaqram tipinizi müəyyənləşdirmək üçün müxtəlif üsullar mövcuddur. Birincisi, enneaqram, yəni 9 temperament tipi üzrə mütəxəssisə müraciət edərək temperament tipinizi müəyyən etməkdir. İkincisi, tiplərin xüsusiyyətlərini sadalayan paraqrafları oxuyub, bunları özünüzlə müqayisə edərək tipinizi tapa bilərsiniz. Əgər bir neçə tip arasında qalıb qəti qərar verə bilmirsinizsə, o zaman növbəti səhifələrdə bu tipləri hərtərəfli  təsvir edən mətnləri oxuyaraq son qərarınızı verə bilərsiniz.

  1. Tip
  • Planlı və intizamlı yaşamağa çalışan

 • Rasional və prinsipial davranan

• Özünə həmişə tənqidi yanaşan

• Qüsursuzluq və mükəmməllik axtaran

• Səhv və yanlışları düzəltməyi lazım bilən

• Yüksək standartlı, xırdaçı və qaydapərəst

 • Ən doğru və ən yaxşını axtaran

• Sistemli və idealist düşünən

 • Səhv edəndə özünü qınayan və səhvini düzəldən

 Yuxarıdakı 9 maddədən ən az 7-si sizdə varsa, çox ehtimal ki, siz 1-ci tipsiniz. Qarışma ehtimalı olan tiplər: 5 və 6

 2 ci tip

 • Nikbin təbiətli, emosional, kövrək hislərini bölüşməyi xoşlayan • Dostcanlı, fədakar və dərd ortağı

• Qayğıkeş, güclü mərhəmət hissinə malik

 • Söhbətcil, istiqanlı, qısa müddətdə ünsiyyət qurmağı bacaran

• İnsanlara tez qaynayıb-qarışıb səmimi olmağı bacaran

• Diqqətcil və diqqəti sevən

• Münasibətilərində tez-tez təsir altına düşən

• Küsəyən •

Yox deməməyə və incitməməyə çalışan.

 Yuxarıdakı 9 bənddən ən az yeddisi sizi ifadə edirsə, böyük ehtimalla 2-ci tipsiniz. Qarışma ehtimalı olan tiplər: 6 və 4

3cü tip

• İddialı və uzun müddət məqsədinə fokuslanan

• Bekar dayanmağı sevməyən və daima hədəflərini yüksəldən

• Uğur qazanmaq və insaları heyrətə gətirmək üçün əlindən gələni edən

• İş, mövqe və karyeranı hər şeydən üstün tutan

 • Mənfi hallara fikir verməyən və həmişə irəliyə baxan

• İmici ilə işləri planlaşdıran və idarə edən

• Özünə çox inanan və mütəmadi özünü motivasiya edən

 • Rəqabətə meyilli, ön sıralarda olmağa çalışan

• Lazım gələndə hislərini rahatlıqla gizlətməyi bacaran

Yuxarıdakı 9 sətirdən ən az 7-si sizə uyğun gəlirsə, çox gü man ki, 3-cü tipsiniz. Qarışma ehtimalı olan tiplər isə 8 və 7-dir.

 4 cü tip

• Orijinallıq və estetikaya çox əhəmiyyət verən

• Daxilən həssas və kövrək

 • İstəklərində həvəsli, hislərində dərin və romantik

• Səmimiyyət, hislərdə dürüstlük və nəzakət axtaran

 • Həyatında məna və dərinlik axtarışında olan

• Qərar verərkən hiss və intuisiyalarını əsas götürən.

• Tez inciyən və özünə qapanan

• İztirab və kədəri ürəkdən yaşayan və çox təsirlənən

• Özünü anlamaq üçün daxili dünyası ilə həddən artıq məşğul olan

Yuxarıdakı 9 sətirdən ən az 7-si sizdə varsa, çox ehtimal ki, 4-cü tipsiniz. Qarışma ehtimalı olan tiplər: 2 və 6.

5ci tip  

• Öyrənmək həvəskarı, xırdalığına kimi araşdıran və düşünən

• Hadisələrə analitik və məntiqi yanaşan

 • Soyuqqanlı və detallı müşahidə aparan

 Hislərinin təsiri altına düşmədən fikir yürütməyi bacaran

• Bütün ehtiyaclarını özü qarşılayan

• Özünənəzarəti güclü olan və yüz ölçüb bir biçən

• Cəmiyyət içində olmaqdan tez yorulan

• Lazım biləndə fikrini gizlətməyi bacaran

• Fəaliyyət yönümlü düşünməkdə və düşüncələrini həyata keçirməkdə çətinlik çəkən

Yuxarıdakı 9 sətirdən ən az 7-si sizə uyğundursa, çox ehtimal ki, 5-ci tipsiniz. Qarışma ehtimalı olan tiplər: 1 və 6.

6 cı tip

 • Özünəinam hissini gücləndirmək məqsədilə bilik və bacarıqlara yiyələnməyə çalışan

• Əqli və mənəvi rahatlığa ehtiyac duyan

• Ehtimallara şübhə ilə yanaşan və düşünərək hərəkət edən

• Gələcəkdə gözlənilən risk və zərərləri əvvəlcədən nəzərə alan

• Hər şeyə şübhə ilə yanaşan, əmin olmaq üçün araşdıran və inandığı şəxslə məsləhətləşən

• Münasibətlərində dərhal güvənməyən, qarşı tərəfi bir müddət sınayan

 • Tədbirli və təmkinli davranan, riskdən çəkinən.

• Qərar verərkən mənfi ehtimalları hərtərəfli düşünən

• Qeyri-müəyyən hallarda narahatlıq keçirən və heç bir addım atmayan Yuxarıdakı 9 bənddən ən az 7-si sizə uyğun gəlirsə, çox güman ki, 6-cı tipsiniz. Qarışma ehtimalı olan tiplər: 1 və 5.

7 ci tip

 • Yenilikçi, dəyişikliyi sevən, özünü sıxmayan, rahat davranan

 • Hər şeylə maraqlanan, nikbin, əyləncəyə meyilli

• Bir məsələdə addım atarkən təfərrüatlara fikir verməyən

 • Macəra, həyəcanlı və yeni şeylər /yerlər axtaran

• Müxtəlif alternativlər və seçimlər olmasını istəyən

• Çevik düşünməyi bacaran və emosionallığa çox da əhəmiyyət verməyən

 • Çətinlikləri və cansıxıcı halları ürəyinə salmamağa çalışan

 • Müxtəlif sahələrlə maraqlanan, diqqəti tez dağılan.

 • Azadlığını sevən, bağlanmaqdan və çərçivəyə salınmaqdan xoşlanmayan Yuxarıdakı

 9 bənddən ən az 7-si sizə uyğun gəlirsə, çox güman ki, 7-cı tipsiniz. Qarışma ehtimalı olan tiplər: 3 və 8

 8 ci tip

• Güclü, insanlara təsir etməyi bacaran və mübariz

• Sözünü birbaşa üzə deyən, açıq sözlü

• İddialı, hökmlü, tələskən və öhdəsinə düşən işi sona çatdıran

• Cəsur, qorxmaz, çevik və təşəbbüskar davranan

 • Meydan oxuyan, geri addım atmayan

• Çevik hərəkət edən və böyük risk almağı bacaran

İnsanları rahatlıqla idarə etməyi və əmr verməyi bacaran

• Dominant, hökmran və kimisə nəyəsə məcbur edən

 • Zəifi/gücsüzü qoruyan, hamilik etməyi bacaran comərd

 Yuxarıdakı 9 bənddən ən az 7-si sizə uyğun gəlirsə, çox güman ki, 8-cı tipsiniz. Qarışma ehtimalı olan tiplər: 3 və 7.

9 cu tip

 • Səbirli, sakit və soyuqqanlı olmağa çalışan

• Yumşaq xasiyyətli və təvazökar

• Həyəcanını cilovlayan və münaqişədən uzaq duran

• Mənəvi rahatlıq, uzlaşma və uyğunluq axtaran

• “Yox” deməyə çətinlik çəkən, hər şeylə razılaşan

• Münasibətlərində hörmət və məsafə saxlayan •

 Kəskin ifadə və emosional reaksiyalardan çəkinən

• Tələskən olmayan və hər şeyi asanlıqla öz axarına buraxan

 • Fərqli olmaqdansa, uyğunlaşmağa və təmkinli davranmağa çalışan Yuxarıdakı 9 bənddən ən az 7-si sizə uyğun gəlirsə, çox güman ki, 9-cu tipsiniz. Qarışma ehtimalı olan tiplər: 2 və 5.

 Hansı tipdən daha çox variant işarələmisinizsə, çox ehtimal ki, həmin enneaqram tipinə aidsiniz. Bunu yoxlamaq üçün növbəti səhifələrdəki məlumatları oxuyub enneaqram tipinizi dəqiqləşdirə bilərsiniz.