Temperament tipi anadangəlmə mövcuddur, yoxsa ətraf -mühitin təsiri ilə yaranır?
Uşağın temperament tipi anadangəlmə mövcuddur. Övladınızın temperament tipi doğulma ardıcıllığından (Adler), oral-anal-fallik dövrlərdəki fiksasiyalardan, (Freyd ), cinsiyyət, körpəlik və uşaqlıq həyatından, təhsil, mədəniyyət, fiziki quruluş və s, səbəblərdən asılı deyil. Erkən yaşlarda bu temperament modelinin tam diaqnozunu dəqiqləşdirmək mümkündür.
Bu temperamentin quruluşu sonradan dəyişə bilər?
Bu temperament tipi sonradan dəyişmir. İnsan ömrü boyu bu quruluşun dominantlığı ilə yaşayır. Lakin bu temperament tipinin sağlam və ya qeyri - sağlam formada təzahür etməsi fərddən asılıdır. Məsələn, emosional və münasibətlərinə əhəmiyyət verən insan ömrü boyu bu xüsusiyyətləri daşıyacaqdır. Lakin bu emosionallıq sağlam və normal şəkildə də, qeyri-sağlam və anormal şəkildə də yaşana bilər. Emosional quruluşu dəyişdirmək olmaz, ancaq emosionallığı yaşamaq üsulu ömrü boyu dəyişikliyə məruz qala bilər. Buna görə də insanlar neqativ halların daimi olduğunu düşünməməli və neqativ halları, pozitiv istiqamətdə dəyişdirilməlidirlər.
Uşağın temperament tipi ata-anadan asılıdır?
Bu mövzu çoxlu örnək və ətraflı genetik tədqiqat tələb edir. Ancaq indiki məlumatlara əsaslanaraq bunu deyə bilərik:
- Uşağın temperament tipi ata və ya anadan birinə bənzəyə biləcəyi halda hər ikisindən fərqli də ola bilər.
Temperament tipləri arasında, yaxşı-pis və ya üstün və əskik kimi bölgü aparmaq olar?
Heç bir temperament tipini digərindən daha yaxşı və ya daha şanslı kimi qiymətləndirmək olmaz. Hər bir temperament tipinin özünə görə əlverişli cəhətləri və qüsurları var. Bir baxımdan əlverişli olan temperament tipi digər baxımdan əlverişsiz olur.
Məsələn, sosiallıq, dostluq qurmaq məsələsində əlverişli olan ikinci temperament tipi, eyni zamanda münasibətdə problem və ayrılıq kimi hadisələrdən çox təsirlənir. Bunun əksinə 7-ci temperament tipi münasibətlərində problem yaşayanda və ayrılıq baş verəndə çox az təsirlənir. Lakin, öhdəliklərini yerinə yetirməkdən və etməli olduğu amma ona çətin görünən şeylərdən qaçmağa cəhd edir. Yenə də temperament tiplərinin əlverişli xüsusiyyətləri mütləq əlverişli sayılmır. O xüsusiyyətlərin əlverişli olması üçün normada olması şərtdir.
Məsələn, 8-ci temperament tipində olan uşaq, cəsur və qorxmaz olduğuna görə özünü qorumaq məsələsində üstündür. Lakin bu xüsusiyyətlərin balansı pozulduqda dalaşqan və aqressiv bir görüntü yaradaraq bu müsbət xüsusiyyət əlverişsiz vəziyyət yarada bilər.
6-cı temperament tipinin ehtiyatlı olması normada olanda üstünlükdür. Ancaq həddən artıq ehtiyatlı davrananda balans pozulur. Çətin anlarda qərar qəbul edə blimir.Tanımadığı mühitlərdə,tanımadığı insanlarla qarşılaşanda şübhə alovuna düşür.
1-ci temperament tipinin qaydalara riayət etməyə, hər şeyi ən yaxşı şəkildə yerinə yetirməyə olan meyli əlverişli xüsusiyyətdir. Lakin bu xüsusiyyətlər ifrata varanda həddən artıq qaydapərəstlik, öyrəşmədiyi vəziyyətlə qarşılaşanda dözümsüzlük, bir işi ən yaxşı şəkildə yerinə yetirə bilməyəndə gərginlik və qəzəblənmək kimi əlverişsiz xüsusiyyətlərə çevrilir.
5-ci temperament tipindəki uşaqdan, emosionallıq, rahat dostluq qurmaq, sosiallıq və fəaliyyətyönümlü liderlik gözləmək elə də real olmadığı halda, bunun əksinə müşahidə, təhlil, fərqli baxış bucaqlarını nəzərə almaq, mücərrədləşdirmək, konseptualizasiya, nəzəriyyəçilik, savadyönümlü liderlik gözləmək olar.
Bu baxımdan hər bir uşaq mənsub olduğu temperament tipinin əlverişli cəhətlərini balanslaşdırılmış şəkildə inkişaf etdirməli və temperament tipinin çox az meyl etdiyi müsbət xüsusiyyətlər baxımından da mümkün qədər həvəsləndirilməlidir.
Eyni temperament tipində olan insanlar tamamilə eynidir?
Eyni temperament tipinə sahib olmasına baxmayaraq hər bir fərdin qarşılıqlı təsirə girdiyi mədəniyyət, mühit, təhsil, başına gələnlər və başqa faktorlar fərqlidir. Buna görə də eyni temperament tipindən inkişaf edəcək olan "rəftar və davranış xüsusiyyətləri " qismən fərqli tonlarda olacaq.
Orta hesabla bütün 1-ci temperamentdə olan insanlar özlərinə görə prinsipial, tutarlı, dediyini edən, etdiyini tövsiyə edən, bir işi tam və əlindən gələnin ən yaxşı halında yerinə yetirməyə çalışan insanlardır. Lakin hər bir 1-ci temperament tipində olan insan səhvlər qarşısında əsəbləşmək dərəcəsi, nəyi düzgün nəyi səhv edəcəyi və təmizkarlıq dərəcəsi fərqlənir.
Temperament bir proqrama bənzəyir, Məlumatlar bu temperament tipi tərəfindən qəbul edilir, təyin olunur, qiymətləndirilir və əks-reaksiya, formalaşdırılır.
Enneaqram/Doqquz temperament modeli, psixoloji inkişaf və dəyişikliyi əvvəlcədən görüb təsvir edən dinamik bir modeldir. Doqquz temperament modeli bizə fərdin temperamentinin mümkün "sağlam və qeyri -sağlam potensiyaları" ilə bağlı xəbərdarlıq edərək təhsil, inkişaf və istiqamət verməkdə yol göstərir.
Məlumdur ki, bu modeldə istər qanad təsirinin güclü və ya zəif olması, istərsə də sağlam, orta və qeyri -sağlam şəxsiyyət formalaşması prosesini nəzərə alanda, eyni temperament tipindən fərqli rəftar və davranışları olan fərdlər çıxması mümkündür.