KaryerİX (CharacterİX) Harda İstifadə Edilir:
İşə Götürmə Prosesi
KaryerİX (CharacterİX) Şəxsiyyət İnvantarı vasitəsilə artıq vakansiyanıza uyğun gələn kadrı daha rahat və sürətli şəkildə təmin edə biləcəksiz, bunun üçün sadəcə vakansiyanızın tələblərini təyin etməniz kifayətdir. Bununla yanaşı, mövcud işə götürmə prosesi tətbiqlərinə paralel, şirkətlərə möhtəşəm bir xidmət daha təqdim edirik: bütün namizədlərə KaryerİX (CharacterİX) Şəxsiyyət İnvantarını tətbiq edin, sadəcə vakansiya sayına uyğun məbləği ödəyin. Ayrıca, kollektiv işə götürmə proseslərində eyni anda çox sayda namizədin invanteri cavablaya bilməsi də mümkündür.
Məsləhətçilik – Trenerlik – Mentorluq
KaryerİX (CharacterİX) Şəxsiyyət İnvantarı, şirkətlərin insan resursları tərəfindən tətbiq edilən məsləhətçilik-trenerlik-mentorluq fəaliyyətlərini effektivləşdirəcək, şəxslərin də “öz dəyərləndirmə” zamanı fərdi olaraq istifadə edəbiləcəkləri güclü bir vasitədir. Şəxsin dəyərlərinə aid hesabat təqdim edən fərqli bir modulla insan resursları tətbiqlərinə və fərdi öz dəyərləndirmə çalışmalarına əlavə fayda təmin edir.
Harmoniyalı – Performansı Yüksək Komanda Yaratmaq
KaryerİX (CharacterİX) Şəxsiyyət İnvantarı “Koorporativ Hesabat Harmoniya” modulu ilə çalışanların örtaq tərəflərini, münaqişə nöqtələrinə aid həlləri əhatə edən xidmət hesabatları təqdim edir. Ayrıca, müraciət edən namizədlərin sahib olduğu potensialların komanda üçün ehtiyac olub olmadığının anlaşılmasını təmin edir.
Performans Dəyərləndirmə
Performans dəyərləndirmə prosesi sonrası şəxs və departamentə uyğun performans hədəfləri dəqiqləşdirilərkən güclü istifadə edilən potensiallar və potensial risk analizləri ilə performans hədəflərinin ən doğru şəkildə müəyyən edilməsinə kömək edir.
Karyera İdarəetməsi
KaryerİX (CharacterİX) Şəxsiyyət İnvantarı, şirkət işçilərinin şəxsiyyət özəllikləri ilə stress altındakı münasibət və davranışlarına istinad edərək vəzifədə yüksəlmə, əvəzləmə və s. karyera planlama proseslərində mütəxəsislərə rəhbərlik xidməti verəbilməkdədir.
Şirkətə Xas İş/Profil Səriştəlilik Dəsti
KaryerİX (CharacterİX) Şəxsiyyət İnvantarı, seçimli səriştəlilik modulunda yer alan 136 ədəd potensial arasından seçim edərək düşünülən görəv üçün səriştəlilik müəyyənləşdirmə, yəni o vəzifə üçün görəv səriştəliklərini yaratma xidməti verməkdədir.
Təhsil Ehtiyac Analizi
KaryerİX (CharacterİX) Şəxsiyyət İnvantarı, analoqsuz bir xidmət təqdim edən “Korporativ Təlim Təklifləri” modulu ilə əlavə bir resurs istifadəsinə ehtiyac olmadan işçilərin ya da şirkətin təlim ehtiyac analizini edir və ehtiyaca uyğun 9 təlimi vaciblik sırasına görə təklif edir.
Liderlik
KaryerİX (CharacterİX) Şəxsiyyət İnvantarı idarəçilərin düşünmə tərzi, ünsiyyət tərzi, motivasiya tərzi və liderlik tərzini hesabatlayan modulları ilə şirkətin, özünə məxsus liderlik modelini yaratmasına və ya mövcud liderlik modelini inkişaf etdirməsinə imkan verməkdədir.
Müxtəlif Çalışma Modulları
KaryerİX (CharacterİX) Şəxsiyyət İnvantarı, bu günkü iş dünyasının ehtiyaclarını təyin edərək şirkətlərin insan resursları üçün, eyni zamanda bu modulları inkişaf etdirmişdir:
Emosional Zəka Modulu
XXI Əsr Səriştəlikləri Modulu
Rəqəmsal Səriştəliklər Modulu