Thumbnail

Fərqliyik, eyni deyilik amma bərabərik.

Bir tısbağadan dovşanın çevikliyi və aktivliyini gözləmək olmaz, lakin onun dovşanla müqayisədə daha təmkinli, dözümlü və qətiyyətli olduğunu da bilirik. Hər bir quruluşu digəri ilə müqayisə etmədən və ümumiləşdirmə qəflətinə düşmədən onu öz daxilinidə , şəraitə, imkan və qabiliyyətlərinə görə dəyərləndirmək və anlamaq tələb olunur.

   Heç bir temperamentin digərindən ümumi bir üstünlüyü yoxdur. Başqa sözlə daha yaxşı və ya daha pis temperament yoxdur. Lakin fərqli sahələrdə fərqli bacarıq dərəcələri var. Məsələn, Səkkizincilər cəsarət göstərmək və haqqını müdafiə etməkdə çox bacarıqlıdır. Lakin səbr etmək, dil tapmaq və güzəştə getmək məsələsində bacarıqları zəifdir. Bunun əksinə Doqquzuncular, səbr etmək, dil tapmaq və güzəştə getməkdə çox bacarıqlıdırlar. Lakin cəsarət göstərmək haqqını qorumaqda zəifdirlər. Alma çəyirdəyindən portağal ağacı çıxmasını gözləmədiyimiz kimi, uşaqda mövcud olan xarakterdən də onu üçün mümkün olmayanı gözləməməliyik.

   Valideynlər uşaqları üçün faydalı olmaq və onlara istəmədən belə olsa, ziyan vurmaq istəmirlərsə, öz xarakterlərini dərk etməli və öz xarakterlərinin uşağın xarakteri  ilə hansı formada qarşılıqlı təsirə girdiyinə diqqət etməlidirlər. Eyni zamanda valideynlər, özlərinin və uşaqlarının xarakterlərini nəzərə alaraq, uşaqları ilə hansı məqamda “daha yaxşı dil tapdıqlarını” və ya “çətin dil tapdıqlarını” öyrənməlidirər. Çətin dil tapdıqları istiqamətlərdə özlərinə nəzarət edərək daha yaxşı dil tapmaq üçün inkişaf etdirməlidirlər. Məsələn, bir ana psixoloji cəhətdən sakit və düşünərək hərəkət edən, təmkinli və həssas ola bilər. Uşağın isə bunun əksinə aktiv, özünü idarə etməkdə çətinlik çəkən, qeyri-stabil quruluşda olması mümkündür.

   Bu halda ananın həmin uşağı özünə oxşatması mümkün olmayacaq.Lakin valideyn o uşağın aktivliyini müsbət istiqamətə yönləndirərək özünü idarə etməsinə kömək etmiş olar.

   Beləliklə, valideynlər uşaqlarını böyütməzdən əvvəl özlərini böyütməlidirlər.

Ata-ana bütün çiçəklərin öz rəngində və qoxusunda açıb qönçələnməsi üçün tələb olunan qulluğu göstərən bağbana bənzəyir. Həmin çiçək hansı rəngdədirsə, o rəngdə də açacaq. Onun rəngini dəyişdirməyə çalışmaq, bəyənməmək və ya onu istədiyimiz rəngə boyamağa çalışmaq düzgün deyil.