Thumbnail

Bütün uşaqlar eynidirmi?

          Uşaqların bəziləri çox aktiv olduğu halda, digərləri niyə daha sakitdir? Onlardan bəziləri ətrafdakılarla dərhal qaynayıb qarışdığı halda bir qismi niyə çəkinir? Bəzi uşaqlar anasından uzaq qala bilmədiyi halda bəziləri bunu rahatlıqla edir. Niyə?

      Hamımız həm öz uşaqlarımızda, həm də ətrafımızdakı uşaqlarda bu fərqləri görürük. Lakin onları hərtərəfli təsvir etmək və səbəblərini müəyyənləşdirmək asan deyil. Bu kitabın əsas mövzusu məhz uşaqlarda müşahidə olunan bu fərqləri təsvir etmək, səbəblərini meydana çıxarmaq və onların sağlam inkişafına töhfə verməkdir. Bir valideyn olaraq uşaqlarımızın fiziki sağlamlığına əhəmiyyət verir və mükəmməl qidalanmasına fikir veririk. Lakin uşağımızda anadangəlmə mövcud olan pisoxoloji xüsusiyyətləri bilmək, bunları ən sağlam formada inkişaf etdirmək və psixoloji sağlamlığını qorumaq da ən az onun qədər vacib məsələdir. Əgər uşağın psixoloji quruluşunu düzgün anlasaq, onun inkişafı üçün hansı rəftar və davranışların daha münasib olduğunu da bilərik.

   Demək olar ki, həyata keçirilən bütün tədqiqatlar, uşaqların doğulmasından başlayaraq müşahidə edilə bilən fərqliliklərinə diqqət çəkir. Uşaqların bəziləri çox aktiv və hər şeylə maraqlanan, digərləri isə daha sakit və təmkinlidir. Bəzi uşaqlar daha cəsur və qoçaq, bəziləri isə çəkingən və qayğılıdır.

   Həyata keçirilən bütün elmi tədqiqat və müşahidələr hər uşağın psixologiyasının eyni olmadığını göstərmişdir. Uşaqda anadangəlmə mövcud olan bu psixoloji struktura temperament(xarakter) deyirik. Bu, eynilə bir çəyirdəyə bənzəyir. Həmin çəyirdəyin sağlam bir ağaca çevrilməsi ailədən, içində olduğu mədəniyyətdən, təhsil və həyat təcrübəsindən asılıdır.

   Uşaqda anadangəlmə mövcud olan bu psixoloji quruluşu nə qədər yaxşı anlasaq, valideyn kimi bir o qədər  düzgün  rəftar edərik. Bunun üçün ən vacib addım uşağın psixoloji quruluşunu bilməkdir.

   Üç növ valideynlik var:

   ● Bioloji valideynlik

   ● Psixoloji valideynlik

   ● Mənəvi valideynlik

   “ Ata-ana hər bir çiçəyin öz rəngi və qoxusunda açıb-böyüməsi üçün tələb olunan qulluğu göstərən bağbana bənzəyir. Həmin çiçək hansı rəngdədirsə, o rəngdə də açacaq.Onun rəngini dəyişdirməyə cəhd etmək, bəyənməmək və ya istədiyimiz rəngə boyamağa çalışmaq düzgün deyil.”

   Bioloji valideynlik: bir uşağın biloji cəhətdən formalaşması üçün tələb olunan cismani-bioloji potensial sayəsində reallaşır.

   Psixoloji valideynlik: uşağın düşüncə-duyğu və davranış müstəvisində inkişafı və yetkinləşməsi üçün tələb olunan rəftarı göstərmək qabiliyyəti ilə reallaşır.

   Mənəvi valideynlik: müdriklik, özünü aşmaq, əbədi sevgi və şəfqət kimi keyfiyyətlərdən ibarət olub uşağa bu mənəvi dəyərləri vermək qabiliyyət və bacarığıdır.

   Beləliklə, uğurlu valideyn olmaq üçün bioloji cəhətdən sağlam ata-ana olmaqla yanaşı, ən azından psixoloji cəhətdən də kifayət qədər sağlam ata-ana olmaq lazımdır. Enneaqram  elmi doqquz temperament modeli çərçivəsində uşaqlarda anadangəlmə mövcud olan psixoloji fərqləri meydana çıxararaq diqqəti sağlam valideynlik üçün tələb olunan anlayış və doğru rəftara yönəldir.