
Biz nə ilə gəlirik dünyaya ?
Bizim cəmiyyətdə valideynlər arasında belə bir sual yaranır , eyni ailədə doğulan uşaqlar, eyni tərbiyə alan uşaqlar niyə fərqlidir? Eyni ailədə doğulan uşaqlar eyni xarakterli doğulurmu? Başqa sözlə hər bir uşaq dünyaya "ağ səhifə" kimi gəlir, yoxsa bəzi əsas xüsusiyyətlərlə göz açır?
Bütün bunlara cavab olaraq deyə bilərik ki, aparılan elmi müşahidə və araşdırmalar uşaqların fərqli rəftar və davranış sərgilədiyini ortaya qoymuşdur.Məs;bəzi uşaqlar hər şeylə maraqlanan, hərəkətli olduğu halda, bəzi uşaqlar daha sakit və təmkinli olur. Hətta yeni doğulan əkizlərdə belə aparılan müşahidələr zamanı fərqli, fərdi xüsusiyyətlər bariz şəkildə nəzərə çarpır. Əkizlərdən biri sakit olduğu halda,digəri isə ağlağan olur.
Bütün bu araşdırmalara nəzər saldıqda isə uşağın fərqliliyini sadəcə, ailə, ətraf-mühit , cinsiyyətdən, qaynaqlanmadığını ,bu ümumiləşdirmənin doğru olmadığını görürük. Uşağın şəxsiyyətinin kökündə anadangəlmə olan temperament özülü dayanır.Yəni insan dünyaya bəzi xarakterik xüsusiyyətlərlə gəlir.Necə bir ağacı tanımaq üçün onun növünü, çəyirdəkdəki ağacı bilmək vacibdirsə,bir insanın da şəxsiyyətini tam təhlil etmək üçün onun anadangəlmə sahib olduğu temperament nüvəsini bilmək lazımdır.Yəni hər bir insan fərqlidir,hər məsələdə eyni olmasa da, eyni dəyərdədir.
Bütün məsələlərdə eyni deyilik, amma ortaq məxrəcimiz insan olmaqdır.İnsana isə ən bütüncül və ən dərin baxışı biz Enneaqram modelində rast gəlirik.Hər bir insanın özünəməxsus cəhətləri ilə yanaşı,bəzi potensial riskləri də var.
Enneaqram modelində 9 nüvə mövcuddur.Hər insan bu 9 tipdən birinin dominantlığı ilə doğulur.Bunlara qısaca nəzər salsaq:
Tip 1 düzgünlük, məsuliyyətli , qaydapərəst ,mükəmməlliyətçi və idealist tip
Tip 2 Dəstək,dəyər, sevgi və diqqət axtaran emosional xeyirxah tip
Tip 3 Uğurları ilə insanları heyran etməyə çalışan, hamıdan öndə olmağı sevən nəticəyönümlü tip
Tip 4 Özünəməxsus, fərdi kimlik və anlayış axtarışında olan mənayönümlü tip
Tip 5 Birlik axtarışında olan öz ehtiyaclarını özü qarşılamağa çalışan, dərindən araşdıran tip
Tip 6 Zehni rahatlıq və çətinliklərlə mübarizədə dəstək axtarışında olan tədbirli və etimad yönümlü tip
Tip 7 Marağını "yatırmağa"çalışan, əyləncə və həzz axtarışında olan,yeniliyə və vəsf etməyə meyilli tip
Tip 8 Güc, nüfuz və hakimiyyət axtarışında olan hökmlü tip
Tip 9 Mənəvi rahatlıq axtaran tarazlığı qorumağa çalışan və harmoniya axtarışında olan sülhpərvər tip
Enneaqram elmi biz valideynlər üçün bir yol xəritəsi mənasını daşıyır.Yəni bu yol xəritəsinə nəzər salaraq biz övladlarımızla birlikdə hansı yola çıxacağımızı və ya hansı yolun daha rahat olacağını görürük.Və ən əsası əziz valideynlər unutmayaq ki, uşaqlar bizə verilmiş əmanətdir.Onları görmək istədiyimiz kimi deyil, olduqları kimi qəbul etsək, onların potensiallarını ortaya çıxarmalarına və sahib olduqları qabiliyyətlərin inkişafına zəmin hazırlasaq ,həm özümüzə, həm də onlara xeyli kömək etmiş olarıq.