Thumbnail

Ailədaxili münaqişələrin uşaqlara psixoloji təsiri

Hər münasibətdə zaman-zaman qarşıdurmalar olur.Bəzən bu münaqişələr böyük fırtınalara çevrilir.Böyük münaqişələr xüsusilə uşaqlı ailələrdə narahatlıq yaradır.Həyat yoldaşları arasında münaqişələrin uşaqlara mənfi təsir göstərməsi faktı uzun illərdir ki,məlumdur. Həyat yoldaşı ilə yaşanan problemlərə görə özünü kədərli,qəzəbli,yorğun hiss edən valideynlər,bu problemlərin övladlarına təsirini düşünərək daha da çarəsiz vəziyyətə düşə bilərlər.

 

Uşaqlar valideynlər arasındakı konfliktə necə reaksiya verir?

 

Valideynlər arasındakı konflikt bir neçə aylıq körpələrdən tutmuş yeniyetmələrə qədər hər yaşda olan uşaqlara təsir edir,lakin uşaqlar müşahidə etdikləri münaqişələrə fərqli reaksiya verirlər.Valideynləri münaqişə edərkən uşaqların bəziləri ağlayır,qulaqlarını tuturlar,gərgin üz ifadəsi alırlar,münaqişə yerini tərk edirlər,valideynləri mübahisə etməmək üçün müdaxilə edirlər,digərləri isə sakit dayanırlar.Azyaşlı uşaqlar bəzən gülür,hiperaktivlik kimi müsbət reaksiyalar versələr də,bu reaksiyalar xoşbəxtlikdən daha çox emosiyaların ümumi oyanması ilə əlaqədardır.

 

Valideynlər arasındakı münaqişə uşaqlara necə təsir edir?

 

Valideynlər arasındakı münaqişə ,şübhəsiz ki,hər bir uşağa təsir edir. Araşdırmalar göstərir ki,böyüklər arasında münaqişə müşahidə edən uşaqlar münaqişə zamanı duyğularının adətən kədər,qəzəb və ya qorxu olduğununu bildirmişlər.Yetkinlər arasındakı münaqişələr uşaqlarda emosional problemlərlə yanaşı,həmyaşıdlarına qarşı aqressivlik,nizam-intizamın əleyhinə olmaq,ətraf mühitə laqeydlik kimi davranış problemlərinə,diqqətin yayınması və konsentrasiyanın itirilməsi kimi koqnitiv problemlərə səbəb ola bilər.Emosional,davranış və koqnitiv problemlərlə yanaşı,somatik problemlər də münaqişəli valideynlərin uşaqlarında çox yayılmış problemlərdir.

 

Uşaqların valideynlər arasındakı münaqişədən qorunması üçün nə etmək olar?

 

  • Valideynlər mümkün qədər uşağın gözü qarşısında dava etməməyə diqqət etməlidirlər.

 

Valideynlər arasında dava-dalaşın uşaqlara mənfi təsirlərini nəzərə alsaq, uşaqların yoxluğunda mübahisə etmək düzgün davranış olduğunu söyləmək məqsədəuyğun olardı.

 

  • Xüsusilə uşağın qarşısında uşaqla bağlı müzakirə etmək düzgün deyildir.

 

Uşaqlara ən çox təsir edən münaqişələr  özləri haqqında olanlardır.Bir araşdırmada göstərilir ki,uşaqlar özləri haqqında mübahisələrə daha çox utanc hissi keçirirlər və özlərini günahkar hiss edirlər.Başqa bir araşdırmada isə göstərilir ki,uşaq tərbiyəsi ilə bağlı münaqişələr daha çox uşaqlarda patologiyanı izah edir.

 

  • Münaqişələrin həll yönümlü olduğundan əmin olmaq lazımdır.

 

Əgər uşaq valideynlərinin münaqişəsinə şahid olubsa,valideynlər münaqişəni həll etmək üçün diqqətli olmalıdırlar.Valideynlər arasındakı münaqişənin həll ediməsi münaqişənin uşaqlarda emosional və davranış təsirlərini azaldır.Araşdırmalar göstərir ki,münaqişənin arxasında duran mənanın uşaqlar üçün də vacibdir.Münaqişənin həlli uşaqlarda bu münaqişənin konstruktiv olduğunu hiss etməsinə səbəb olur və buna uyğun olaraq uşağın reaksiyası dəyişir.Həll edilmiş konstruktiv münaqişələr həm valideynlər,həm də uşaqlar üçün vacibdir.Uşağın qarşısında hər zaman çarə tapmaq mümkün olmasa da,bu mövzuda ediləcək izahatdan uşaqlar faydalanacaq.Həll yolunu müşahidə etmək və ya bir həll yolu olduğunu söyləmək də eyni cür təsirə malikdir və müsbətdir.

 

  • Əgər valideynlər mübahisəni həll edə bilmirlərsə,bu zaman uşaqlarına izah etməlidirlər.

 

Əgər uşaqlar valideynlərinin münaqişəsini görüblərsə,valideynlər münaqişəni həll edə bilməyiblərsə,uşaqlarına bunun hamı üçün kədərli olduğunu söyləməlidirlər.Əgər uşaqlar valideynlərininarasındakı münaqişələrini müşahidə ediblərsə,bu zaman münaqişə valideynlər tərəfindən həll edilməyibsə,valideynlər uşaqlarına heç olmasa münaqişənin öz problemlərindən qaynaqlandığını və uşaqlarına heç bir aidiyyəti olmadığını izah etmələrində fayda vardır.Beləliklə,uşaqda utanma və özünü qınama hisslərinin qarşısı alına bilər.

Bəzi valideynlər elə bilirlər ki,heç bir şey deməsələr,hirsli olduqlarının başa düşülməyəcəyini fikirləşirlər.Ancaq bu belə deyil.Uşaqlar bunu hiss edir və narahat olurlar.

 

  • Valideynlər arasında münaqişə olsa da,valideynlik rollarını pozmamalıdırlar.

 

Valideynlər arasındakı münaqişə  çox vaxt valideynlərin öz valideynlik rollarını pozmasına səbəb olur.Valideynlərin öz valideynlik rollarını yerinə yetirməməsi uşaqlarda davranış pozuntularının əsas səbəbidir.

 

  • Valideynlər arasında münaqişə olsa da,valideynlər uşaqlarına qarşı intizam proqramlarına əməl etməlidirlər.

 

Valideynlər arasındakı münasibətlərdəki problemlər çox vaxt uşağa qarşı intizam problemlərinə səbəb olur.Davranış pozğunluqlarının əsas səbəblərindən biri uyğun olmayan nizam-intizamdır.Yəni,öz problemləri ilə məşğul olan valideynlər bəzən icazə verdikləri davranışı cəzalandıra bilərlər,bəzən də mükafatlandıra bilərlər.Uşağın getdikcə neqativ hala gəldiyi zaman,münasibətlərindəki problem səbəbiylə gərginlik yaşayan valideyn,həyatında başqa bir problem istəmədiyi üçün uşağa qarşı müsbət və ya neytral davranmağa başlaya bilər.

 

  • Valideynlər uşağın emosional ehtiyaclarına diqqət yetirməlidirlər.

 

Münasibətlərlə bağlı problemlər valideynlərin uşağın emosional ehtiyaclarına olan həssaslığını azalda bilər və bu da problemlərə səbəb olar.Valideynlər arasındakı münaqişə vaıideynlərin idrak proseslərinə təsir edir və valideynlərin özünü tənzimləmə qabiliyyətini azaldır.Bu da öz növbəsində uşağın davranışına qarşı həssaslıq və dözümsüzlüyə səbəb ola bilər.Valideynin passiv olması,reaksiya verməməsi,uşağın ehtiyaclarına qarşı laqeyd yanaşması,uşağa münasibətdə özünə qapanması,uşağa etinasız yanaşması,mənfi münasibət bəsləməsi və ya həddən artıq müdaxilə etməsi,uşağı təhqir etməsi kimi mənfi valideyn münasibətləri uşaqda qəzəb,aqressivlik,,narahatlıq kimi problemlərə səbəb olur.

 

  • Valideynlər uşaqlarıyla mənalı bir münasibət yaşamalıdırlar.

 

Valideynlər arasında problem olsa da,valideynlə uşaq arasında sıx və isti münasibət,uşağın vəziyyətini və ehtiyaclarını düzgün müşahidə edə bilməsi xüsusilə yeniyetmələrdə funksionallığın inkişafına səbəb olur.Dəstəklənən ev mühitində orta və şiddətli münaqişələr hətta faydalı ola bilər:uşaq mübarizə mexanizmlərini tükətmədən,stresli stimullarla effektiv şəkildə mübarizə aparmağı və problem həll etmə bacarıqlarını inkişaf etdirməyi öyrənir