• +994 50 260 11 33
  • info@enneagram.az
  • Bakı, Nərmanov rayonu,Ağa Nemətulla 232
Thumbnail

Şəxsiyyət necə formalaşır ?

Hər bir uşaq bir psixoloji əsasla dünyaya gəlir. Bu psixoloji əsasa xarakter(temperament) deyirik. Uşağın xarakteri cinsiyyətindən, ata-anasının şəxsiyyətindən, mədəniyyət və coğrafiyadan asılı olmadan anadan gəlmə mövcud olur. Lakin ətraf-mühit amilləri ilə (ictiami cinsiyyət rolu və dəyərləri, ata və ana rəftarı, təhsil, mədəniyyət və s.) daima qarşılıqlı təsirdə olur. Ətraf-mühitdəki amillər hər uşağa eyni formada təsir etmir. Necə ki, kağız, şüşə və metal stəkanlar eyni yüksəklikdən buraxılsa da yerə ayrı-ayrı vaxtlarda düşür və müxtəlif cür təsirə məruz qalırlar. Uşaqların ətraf-mühitin təsirinə məruz qalması və bunun nəticələri də eyni şəkildə bir-birindən fərqlənəcək. Bir bənzətmə ilə izah etmək istəsək: Xarakter = Çəyirdək Təhsil, valideyn, mədəniyyət = Torpaq və mühit Şəxsiyyət = Ağac Kimi fikirləşə bilərik. Anadan gəlmə sahib olduğumuz xarakterin bünövrəsini bir çəyirdək kimi təsvir etsək, şəxsiyyət həmin çəyirdəyin ağaca çevrilmiş halı sayılır. Ata-ana rəftarı, təhsil, mədəniyyət, həyat təcrübəsi isə o çəyirdəyin içində böyüdüyü torpaq və mühitə bənzəyir. Daha ətraflı izah etmək istəsək: Xarakter, insanda anadan gəlmə mövcud olan, özünəməxsus əsas xüsusiyyətlərə sahib, dəyişməz və uşağın hiss, zehin və davranışlarının əsasında duran konstruktiv prosedurun özəyidir. Hər insan anadangəlmə müəyyən xüsusiyyətlər daşıyan bir bədənlə dünyaya gəlir. Eyni zamanda qismən istedad, üstünlük və riskləri olan psixoloji özəklə doğulur. Məhz bu özəyə xarakter deyirik. Bütün uşaqlar eyni xarakterdə deyil. İnsanlar və xüsusilə körpələrlə bağlı müşahidə və tədqiqatlar körpələrdə fərqli xarakterik xüsusiyyətlərin olduğunu göstərir. “Körpələrin reaksiyalarında ilk aylardan başlayaaraq fərdi xüsusiyyətlə nəzərə çarpır. Ailələr körpələrin özünəməxsus xüsusiyyətləri olduğundan söz açırlar. Körpələrin bir qismi çox sakit, digər qismi isə adətən çox çətin körpələrdir.” “Qutudan çıxan bir kukla sakit(rahat) bir körpəni əyləndirdiyi halda, əsəbi və ani dəyişikliklərdən dincliyi pozulan reaktiv bir körpəni narahat etməsi mümkündür. Bundn əlavə əksər uşaqlarda narahatlığa səbəb olan ağır stressli hadisələrin dözümlü adlandırılan uşaqlara elə də təsir etmədiyi müşahidə olunur.” Tədqiqatlardan birində “Iki yaşlı uşaqların 10-20 faizinin yeni vəziyyət yarananda təzyiqə məruz qalmış, çəkingən və narahat” olduğu müşahidfə edildiyi halda, bəzi uşaqlarda rastlanan qarşı çıxma və münaqişə yaratmaq davranışının xarakterdən qaynaqlandığı dəyərləndirilmişdir. A.Tomas və S. Çess üç fərqli tip körpə təyin ediblər. Xoşxasiyyət və mülayim kimi təsvir edilən “Rahat körpələr”, yeni şeylər sınamağı xoşlayır və müsbət reaksiyalar verirlər. Tərs və gərgin körpələr kimi təsvir olunan “Çətin uşaqlar” üçün bu reaksiyalar həm mənfi həm də şiddətlidir. “Ləng öyrəşən körpələr” isə adətən hərəkətsiz və ləng reaksiya verən, yumşaq, mülayim və yüngül körpələrdir. Tomas və Çess xarakterin əsasəsn anadangəlm olduğunu, körpəlik vaxtında təsadüf edilən bu xarakter müxtəlifliyinin həyatın davamında da müşahidə edildiyini deyir. Tərs və çətin körpələrin əksəriyyətinin məktəbdə çətinlik çəkən və aqressiv davranan uşaqlar olduğu, utancaq körpələrdən çoxunun isə məktəbdə də utancaq və çəkingən olduqları görülür. “Bağçadaki uşaqları bir neçə dəqiqə izləsəniz, hələ 2-3 yaşı olanların belə aralarındakı şəxsiyyət fərqliliklərini müşahidə etmək olar. Hətta bağçada bir həftə işləsəniz kimin aktiv olduğunu, kimin tez-tez ağladığını, və kimin sakit və xoşbəxt olduğunu müəyyənləşdirə bilərsiniz. Bu fərqlərin uşaqların evdə gördükləri fərqli münasibətdən qaynaqlandığını düşünsək də, getdikcə artan tədqiqatlar ənənəvi davranış tərzinin anadangəlmə mövcud olduğunu göstərir. Tədqiqat nəticələri bu ən-ənəvi üslubun olduqca qətiyyətli olduğunu və ömrü boyu insanın şəxsi keyfiyyətlərinin inkişafına təsir göstərdiyini irəli sürür. Bunun mənası bəzi insanların girişkən, bəzilərinin isə utancaq olaraq dünyaya gəlməsidir? Böyük ehtimalla yox. Daha mümükün versiya dünyaya gələrkən müəyyən davranışlara olduqca meyilli olmağımızdır. Adətən xarakterdə rastlanan fərdi xüsusiyyətlər insan həyatının ilk ilində müşahidə olunur və onun həyatı boyu eyni formada qalır.” (Baxın. Jerry urger, a.g.e, s. 351-352) Bu tədqiqat və dəyərləndirmələr anadangəlmə sahib olduğumuz psixoloji özəyə işarədir. Ətraf-mühitdəki bütün faktorlar ( təhsil, mədəniyyət, valideyn rəftarı, baş verən hadisələr və s.) anadangəlmə sahib olduğumuz bu xarakter özəyi tərəfindən qəbul edilir, qiymətləndirilir və istifadə olunur. Eyni şəraitdə yaşadığımız halda bunları müxtəlif şəkildə dərk edib dəyərləndirməyimizə səbəb məhz həmin fərqli “dərketmə və istifadə özəyi”dir. Şəxsiyyət, xarakterin ətraf-mühit amilləri ilə qarşılıqlı təsiri nəticəsində meydana çıxan hərəkət, duyğu və davranış tərzini ehtiva edir. Şəxsiyyət müdaxilə edə bilmədiyimiz, cinsiyyət, zəka, genetik quruluş, bioloji quruluş və müəyyən qədər müdaxilə edə bildiyimiz, ailə, təhsil, mədəniyyət, baş verən hadisələr, inanc kimi faktorların xarakter özəyi ilə qarşılıqlı təsiri nəticəsində formalaşır. Anadangəlmə sahib olduğumuz psixoloji əsas olan xarakterin, fəaliyyət(davranış, hərəkət tərzi), hiss (sevgi-nifrət, sevinc – kədər), düşüncə (mühakimə, düşünmək) yolları ilə həyatda meydana çıxma üsulunun vəhdəti şəxsiyyət görüntüsü adlandırılır. Məsələn, hansısa xarakterdə rastlanan özünü qorumaq və müdafiə etmək meyli, haqlarını qədərində qorumaq formasında ortaya çıxa biləcəyi kimi, aqressivlik və dalaşqanlıq kimi ortaya çıxması da mümkündür. Yaxud başqa bir xarakterdə rastlanan zərərdən çəkinmək meyli, özünü mövcud təhlükələrdən qorunmaq şəklində göstərdiyi kimi, hələ mövcud olmayan uydurma təhlükə üçün narahat olmaq şəklində də göstərə bilər. Şəxsiyyətin formalaşmasında həm xarakter həm də ətraf-mühit amili əhəmiyyətlidir. Xülasə, kənar təsirlər, xarakterin bünövrəsində qarşılıqlı təsirə girirlər. Sarı rəngli bir yer maviyə boyanarsa yaşıl rəng alınar, qırmızı rəngli yer maviyə boyananda isə bənövşəyi rəng alınır. Hər hansı amil ya da hadisə eynilə bunun kimi, xarakterik xüsusiyyətlərlə heç bir əlaqəsi olmayan nəticə meydana gətirməz. Bu səbəbdən fərqli xarakterləri qulaqardına vurmaqla hər hansı bir vəziyyətin fərdə necə təsir edəcəyini müəyyənləşdirmək olmaz. Uşağın xarakterik xüsusiyyətlərinin, yetkin şəxsi xüsusiyyətlərə çüvrilmə prosesində, valideyn rəftarı, mühit və təhsilin də rolu əhəmiyyətlidir. Lakin uşaq ata-ana və təhsilverənlər üçün üstünə istədiyi şəkli çəkə biləcəyi “boş və ağappaq bir səhifə” deyil. Heç birimiz digərimizdən üstün deyilik, ancaq fərqliyik. Bizlər qarşımızdakını özümüzə oxşatmağa çalışar və bizim kimi olmağını gözləyərsək, deməli onun fərqliliyini görməməzlikdən gəlirik. Üstəlik onu özümüzə görə dəyərləndirəndə həm səhv müqayisə aparmış həm də ona haqsızlıq etmiş oluruq. Necə ki, dovşanla “müqayisədə” tısbağa təmbəl, göyərçinlə “müqayisədə” isə yarasa çəkingən və soyuq, qartalla “müqayisədə” toyuq uçma qüsurlu, panda ilə “müqayisədə” isə meymun çox hərəkətli sayılır.