• +994 50 260 11 33
  • info@enneagram.az
  • Bakı, Nərmanov rayonu,Ağa Nemətulla 232
Thumbnail

Eyni valideynin uşaqları niyə fərqlidir.

Bir tısbağadan dovşanın çevikliyi və aktivliyini gözləmək olmaz, lakin onun dovşanla müqayisədə daha təmkinli, dözümlü və qətiyyətli olduğunu da bilirik. Hər bir quruluşu digəri ilə müqayisə etmədən və ümumiləşdirmə qəflətinə düşmədən onu öz daxilində , şəraitə, imkan və qabiliyyətlərinə görə dəyərləndirmək və anlamaq tələb olunur. Heç bir temperamentin digərindən ümumi bir üstünlüyü yoxdur. Başqa sözlə daha yaxşı və ya daha pis temperament yoxdur. Lakin fərqli sahələrdə fərqli bacarıq dərəcələri var. Məsələn, Səkkizincilər cəsarət göstərmək və haqqını müdafiə etməkdə çox bacarıqlıdır. Lakin səbr etmək, dil tapmaq və güzəşətə getmək məsələsində bacarıqları zəifdir. Bunun əksinə Doqquzuncular, səbr etmək, dil tapmaq və güzəştə getməkdə çox bacarıqlıdırlar. Lakin cəsarət göstərmək haqqını qorumaqda zəifdirlər. Alma çəyirdəyindən portağal ağacı çıxmasını gözləmədiyimiz kimi, uşaqda mövcud olan xarakterdən də onu üçün mümükün olmayanı gözləməməliyik. Valideynlər uşaqları üçün faydalı olmaq və onlara istəmədən belə olsa ziyan vurmaq istəmirlərsə öz xarakterlərini dərk etməli və öz xarakterlərinin uşağınkı ilə hansı formada qarşılıqlı təsirə girdiyinə diqqət etməlidirlər. Eyni zamanda valideynlər, özlərinin və uşaqlarının xarakterlərini nəzərə alaraq, uşaqları ilə hansı məqamda “daha yaxşı dil tapdıqlarını” və ya “çətin dil tapdıqlarını” öyrənməlidirər. Çətin dil tapdıqları istiqamətlərdə özlərinə nəzarət edərək daha yaxşı dil tapmaq üçün inkişaf etdirməlidirlər. Məsələn, bir ana psixoloji cəhətdən sakit və düşünərək hərəkət edən, təmkinli və həssas ola bilər. Uşağın isə bunun əksinə aktiv, özünü idarə etməkdə çətinlik çəkən, qeyri-stabil quruluşda olması mümkündür. Bu halda ananın həmin uşağı özünə oxşatması mümkün olmayacaq. Lakin valideyn o uşağın aktivliyini müsbət istiqamətə yönləndirərək özünü idarə etməsinə kömək etmiş olar. Beləliklə valideynlər uşaqlarını böyütməzdən əvvəl özlərini böyütməlidirlər. Ata-ana bütün çiçəklərin öz rəngində və qoxusunda açıb qönçələnməsi üçün tələb olunan qulluğu göstərən bağbana bənzəyir. Həmin çiçək hansı rəngdədirsə o rəngdə də açacaq. Onun rəngini dəyişdirməyə çalışmaq, bəyənməmək və ya onu istədiyimiz rəngə boyamağa çalışmaq düzgün deyil. Valideynlər uşağın xarakterinin üstün və qeyri-üstün cəhətlərini nəzərə alaraq o uşağa nə qədər “lazımlı və uyğun” valideyn rəftarı göstərərlərsə uşaqları da o qədər sağlam inkişaf etmək imkanı tapacaqdır. Buna görə də heç bir valideyn rəftarı mütləq olaraq düzgün deyil. Hər şeyi gör, böyük bir diqqətlə izlə, bir az düzəliş et.