• +994 50 260 11 33
  • Info@Enneagram.Az
  • Bakı, Yasamal Rayonu, Mətbuat Pr. 35E
Thumbnail

Enneagram nədir?

Enneagram; Yunan dilində enne (doqquz) və qram (nöqtə) sözlərinin birləşməsi ilə formalaşmış “doqquz nöqtə” deməkdirvə fərqli şəxsiyyət növlərini əks etdirən güclü, realist, dəqiq və dinamik bir sistemdir. 1950-ci ildə psixoloq Oscar Ichazo və 1960-cı ildə psixiatr Claudio Naranjo ilə qədim dünyagörünüşünə əsaslanan Enneagramın ilk elmi tədqiqatları başladı. Daha sonra, ABŞ-da aparılan araşdırmalarla son dövrlərə qədər gəlib çıxmışdır. Enneagram ilə əlaqədar xarici qaynaqlar; Fərdlərin davranış nümunələrini, imkan və potensialını, hadisələrə münasibətlərini və davranışlarını təhlil edən və fərdi tiplərini aşkar edən dünyanın ən tanınmış metodologiyalarından biridir. Doqquz xarakter modelinə əsaslanaraq, onun potensialını necə və hansı dərəcədə istifadə etdiyini, onun fitri istedadını və stress altında davranış nümunələrini dəqiqliklə ortaya çıxardır. Enneagram, siyasətdən ünsiyyətə, ilahiyyatdan reklamlara, insan resurslarından ssenariyə, satışdan məhkəmə təcrübələrinə, psixoloji tədqiqatlardan aktyorluq seçiminə, uşaq təhsilindən ailə məsləhətinə qədər geniş şəkildə istifadə olunur. Enneagram, dünyanın məşhur universitetlərindən olan Stanford Universiteti M.B.A. və Harvard Universiteti Hüquq fakültəsində tədris edilməkdədir. Başda ABŞ olmaqla, dünyanın bir çox universitetinin biznes, psixologiya, tibb və təhsil şöbələrində tədris olunur. Əpl (apple), Motorola, Quql (google) və bir çoxşirkətlərinkadr seçimində və marketinq sahəsində dünyanın ən qabaqcıl şirkətləri enneagram metodunu istifadə edir. Mübahisələrin idarə edilməsində, enneagram şirkətlər tərəfindənuğurlu bir metodkimi istifadə edilən əsas qaynaqdır.